Lampeduza adasının sahillərində ölənlərin sayı 300-ə çatıb

Lampeduza adasının sahillərində ölənlərin sayı 300-ə çatıb
# 04 oktyabr 2013 04:09 (UTC +04:00)

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 92 nəfərin öldüyü barədə xəbər verilirdi.

Sahil mühafizə xidmətinin gəmiləri və yerli balıqçılar 151 nəfəri xilas edə bilib. Ötən günün axşam saatlarınadək sudan 3 uşaq və 2 hamilə qadın daxil olmaqla daha 104 nəfərin meyitini çıxarılıb. Hadisə yerində axtarış aparan dalğıclar 40 metr dərinlikdə batan gəmidə hələ onlarla insan cəsədinin olduğunu bildiriblər.

Qeyd edək ki, göyərtəsində 500 miqrantın olduğu və uzunluğu 20 metr olan gəmi Liviyanın Misurata limanından İtaliya istiqamətində hərəkət edərkən mühərriki sıradan çıxıb. Gəmidə olan sərnişinlərin diqqətsizliyi nəticəsində baş vermiş yanğından sonra isə gəmi batıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR