Rusiya Federal Miqrasiya Xidmətinin rəisi: “Qatilin milliyyəti və vətəndaşlığı olmur”

 Rusiya Federal Miqrasiya Xidmətinin rəisi: “Qatilin milliyyəti və vətəndaşlığı olmur”
# 14 oktyabr 2013 15:31 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Qərbi Biryulevo rayonunda qətl törədən şəxsin milliyyəti və vətəndaşlığı yoxdur”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) rəisi Konstantin Romodanovski deyib. O bildirib ki, bazar günü rayonda baş verən hadisələr zamanı qatilin qafqazlı qanunsuz miqrant olduğu barədə iddialar səsləndirilib: “Cinayətkarın milliyyəti və vətəndaşlığı olmur. Cinayətkarı tutmaq və qanun çərçivəsində məsuliyyətə cəlb etmək lazımdır. Biryulevo rayonunda baş verənlər cinayətin açılmasına kömək etməyəcək. Bunu sizə keçmiş bir əməliyyat işçisi kimi deyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR