Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq kikboks turniri keçirilib - FOTOSESSİYA

Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq kikboks turniri keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 26 sentyabr 2013 12:57 (UTC +04:00)

Bakı- APA. “Sərhədçi Olimpiya İdman Kompleksi”ndə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan Dünya yığmasına qarşı” peşəkar kikboksçuların beynəlxalq turniri keçirilib.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən APA-ya verilən məlumata görə, Yeni Azərbaycan Partiyası, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Kikboksinq Federasiyası, Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının təşkilatçılığı, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və Azərbaycan Dövlət Neft Şirkətinin sponsorluğu ilə keçirilən turnirdə Azərbaycan yığma komandasının üzvləri ilə dünyanın 10 ölkəsindən olan seçmə kikboksçular nəyə qadir olduqlarını göstəriblər.

Sayca 3-cü dəfə təşkil olunan turnirdə Azərbaycanı Zabit Səmədov başda olmaqla 12 peşəkar kikboksçu - Şakir Xəlilov (54 kq), Elnur Dəryagir (63.5 kq), Anar Məmmədov (91 kq), Zamiq Atakişiyev (91+ kq), Eduard Məmmədov (63 kq), Turan Qafarov( 67 kq), Araz Pirməmmədov (71 kq), Ramal Aslanov (71 kq), Pərviz Abdullayev (73 kq), Xəyal Əhmədov (81 kq), Ağalar Sadıqzadə (93 kq) təmsil edib.

Turnirdə Azərbaycan yığma komandasının tərkibində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin respublika və beynəlxalq səviyyəli yarışlarda dəstəkçisi olduğu “Qızıl Əlcək” İdman Klubunun 4 idmançısı da təmsil olunub və onların hamısı döyüşləri qələbə ilə başa vurublar. Ümumilikdə, keçirilən 12 döyüşün nəticəsinə əsasən turnir 11-1 hesabı ilə Azərbaycan yığma komandasının qələbəsi ilə başa çatıb.

Turnirin ən yaddaqalan döyüşü 91 kq-da mübarizə aparan “Mauqli” ləqəbli Zabit Səmədovla serbiyalı Draqan Jovanovicin döyüşü olub. Rəqibi üzərində qələbə qazanan Zabit Səmədov döyüşdən sonra verdiyi qısa müsahibədə onun üçün qələbədən sonra başı üzərinə Azərbaycan bayrağını qaldırmağın qürurunun heç nə ilə əvəz edilə bilmədiyini bildirib.

Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan Dünyaya qarşı” peşəkar kikboksçuların beynəlxalq turniri təkcə dünya səviyyəli idmançıları deyil, respublikamızın və dünyanın tanınmış idman, siyasət və biznes nümayəndələrini də tamaşaçı kimi bir araya gətirib.

Yarışların sonunda Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi Azərbaycanın inkişafı yolunda gördükləri işlərə və idmana göstərdikləri diqqət və qayğıya görə təşkilatçılar və sponsorlara təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR