Kataloniya parlamenti İspaniyadan ayrılmaqla bağlı referendum keçirilməsini dəstəkləyib

Kataloniya parlamenti İspaniyadan ayrılmaqla bağlı referendum keçirilməsini dəstəkləyib
# 17 yanvar 2014 15:58 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Kataloniya muxtar vilayətinin parlamenti İspaniyadan ayrılmaqla bağlı referendum keçirilməsi qərarını dəstəkləyib.

APA-nın “Euronews” kanalına istinadən verdiyi məlumata görə, regional parlamentdə Madriddə referendumun keçirilməsi ilə bağlı müvafiq petisiyanın göndərilməsinin lehinə 87, əleyhinə isə 43 nəfər səs verib.

Bu məsələ barədə şərh verən Avropa Komissiyanın başçısı Joze Manuel Barrozu deyib ki, əgər Kataloniya müstəqil olsa, Avropa Birliyinin digər üzvlərin razılığı və yeni yaranmış dövlətin istəyi olsa, Kataloniya Avropa Birliyinə qəbul edilə bilər.

Lakin petisiyanın İspaniya parlamentində qəbul edilməsi şansı azdır, çünki deputatların çoxu və ölkənin baş naziri Mariano Raxoy Kataloniyada müstəqilliklə bağlı referendumun keçirtmək təklifini dəstəkləmir.

Qeyd edək ki, son bir neçə il ərzində Kataloniyada millətçilik və İspaniyadan ayrılmaqla bağlı tendensiyaların güclənməsi müşahidə olunur. Keçirilən rəy sorğularına əsasən, Kataloniya sakinlərinin yarısı muxtar vilayətin müstəqil dövlətə çevrilməsini dəstəkləyir. Bu ilin əvvəlində Kataloniya parlamenti suverenlik barədə bəyannamə qəbul edib, lakin İspaniya Konstitusiya Məhkəməsi bu sənədi qanunsuz elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR