Azərbaycanda tikinti xərcləri indikatoru kəskin artıb

Azərbaycanda tikinti xərcləri indikatoru kəskin artıb
# 27 yanvar 2014 10:55 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda tikinti xərcləri indikatoru (Construction Spending Indicator – CSI) 2013-cü ilin dekabr ayı üzrə 184,7% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, noyabrda həmin indikator 85,5%, oktyabrda isə 82,5% olub.

CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın analoji göstəricisinə nisbətidir. Göründüyü kimi, artmaqla indikator müsbət zonaya keçib. İndikatorun 100%-dən yuxarı olması bu investisiyaların aylıq müqayisədə artmasını göstərir:

Qeyd edək ki, CSI əsas makroiqtisadi indikatorlardan biridir. Bu indikator tikinti sahəsində fəallığı, bu sahəyə yönəldilən maliyyə vəsaitlərinin dinamikasını əks etdirir.

Ümumilikdə, 2013-cü il ərzində mənzil tikintisinə 1 323,1 mln. manat həcmində investisiya qoyulub ki, bu illik müqayisədə 4,1% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR