Bakı məktəblərində fənlər üzrə “Bilik yarışı” keçirilir

Bakı məktəblərində fənlər üzrə “Bilik yarışı” keçirilir
# 15 noyabr 2013 11:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Bakı məktəblərində fənlər üzrə “Bilik yarışı” keçirilir. Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, bu yarışmanın məktəb üzrə qalibləri Bakı şəhəri üzrə keçiriləcək olimpiadanın birinci mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Hər il ənənəvi olaraq keçirilən “Bilik yarışı” uşaqların təhsilə marağının artırılması, onlar arasında sağlam rəqabət mühitinin formalaşdırılması məqsədi ilə təşkil edilir və eyni zamanda xüsusi istedada malik uşaqların potensialının aşkar edilməsinə xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR