“Azerfon” nümayəndəsi “İlin PR siması” seçilib - FOTO

“Azerfon” nümayəndəsi “İlin PR siması” seçilib - <span style="color: red;">FOTO
# 15 aprel 2014 10:33 (UTC +04:00)

Bakı – APA-Economics. “Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət bölümünün rəhbəri Nigar Arpadarai “İlin PR siması” nominasiyası üzrə “Golden Crown-2014” mükafatı ilə təltif edilib.

“Azerfon”dan “APA-Economics”ə verilən məlumata görə, “Golden Crown-2014” müsabiqəsinin təşkilatçısı “P World Azerbaijan” şirkətidir.

Azərbaycanda marketinq sahəsində təsis edilmiş ilk mükafat olan “Golden Crown” müsabiqəsinin münsiflər heyətində “Microsoft”, “GE”, “BP”, “Henkel”, “Philips”, “Diaggeo”, “Tate” muzeyi və Qrinviç Universiteti kimi aparıcı şirkət və təşkilatların nüfuzlu beynəlxalq müsabiqələrdə təcrübə toplamış top-menecerləri, məruzəçilər və digər peşəkarlar təmsil olunublar.

Yunanıstan Respublikasının Azərbaycandakı səfirliyi, Azərbaycanda ixracın və investisiyaların təşviqi fondu və Avropa Komissiyasının Azərbaycandakı xüsusi elçisinin ofisində peşəkar təcrübə toplamış Nigar Arpadarai uzun müddət Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin mətbuat katibi vəzifəsində çalışıb. 2009-cu ildən etibarən, “Azerfon” şirkətində çalışan N. Arpadarai, 2012-ci ildən “Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət bölümünə rəhbərlik edir və şirkətin xarici ünsiyyət, sponsorluq, korporativ sosial məsuliyyət, və mətbuat ilə əlaqələrinə görə məsul şəxsdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR