Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,1%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,1%, Nasdaq 0,3% enib
# 20 dekabr 2013 06:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 16 179 bəndədək yüksəlib, S&P 500 0,1% - 1 810 bəndədək, Nasdaq 0,3% - 4 058 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına makroiqtisadi göstəricilər təsir edib.

Avropa fond bazarlarında dekabrın 19-da FTSE 100 indeksi 1,4% - 6 585 bəndədək, Almaniya DAX-ı 1,7% - 9 336 bəndədək, Fransa CAC-40-ı isə 1,6% - 4 177 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 2,1% azalaraq 1 194,80 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3642 dollar (-0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR