Kabardin-Balkarda yaraqlılarla atışmada polis əməkdaşı yaralanıb

Kabardin-Balkarda yaraqlılarla atışmada polis əməkdaşı yaralanıb
# 11 yanvar 2014 22:50 (UTC +04:00)

Bakı-APA. Kabardin-Balkarın Baksansk rayonunda silahlılarla polis əməkdaşları arasında baş vermiş toqquşma nəticəsində 1 asayiş keşikçisi yaralanıb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Kabardin-Balkar DİN-in nümayəndəsi bildirib.

Məlumata görə, polis əməkdaşı Duqulubbəy və Kişpek kəndlərini birləşdirən yolda baş vermiş atışma nəticəsində yaralanıb.

Atışmanın hələ də davam etdiyi bildirilir. DİN rəhbərinin əmrinə əsasən, “Vulkan-4” planı elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR