Ötən ay Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 1% ucuzlaşıb

Ötən ay Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 1% ucuzlaşıb
# 14 fevral 2014 14:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,3%, o cümlədən mədənçıxarma sənayesi üzrə 2,7% aşağı düşüb, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 6,2% artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 4,0%, xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri isə 2,6% ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri isə 1,3% bahalaşıb.

Yanvar ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 4,2%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 1,6%, qida məhsullarının istehsalı üzrə 0,8%, metallurgiya sənayesi üzrə 0,4%, tikinti məmulatlarının istehsalı üzrə 0,1% ucuzlaşıb, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 11,7%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 9,1%, avtomobil və qoşquların istehsalı üzrə 7,4%, geyim istehsalı üzrə 0,9%, mebel istehsalı üzrə 0,8%, əczaçılıq məhsullarının istehsalı üzrə 0,7%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,6%, neft məhsullarının istehsalı üzrə 0,2%, maşın və avadanlıqların istehsalı üzrə istehsalçı qiymətləri 0,1% bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR