Viktor Yanukoviç: “Avropa Birliyi ilə Assosiasiya və azad ticarət zonası barədə sazişin imzalanması Ukrayna istehsalçıları üçün risklər yaradardı”

Viktor Yanukoviç: “Avropa Birliyi ilə Assosiasiya və azad ticarət zonası barədə sazişin imzalanması Ukrayna istehsalçıları üçün risklər yaradardı”
# 14 fevral 2014 20:36 (UTC +04:00)

Ukrayna prezidentinin mətbuat xidmətindən APA-ya göndərilən məlumatına görə, bu barədə jurnalist Vitaliy Korotiç ilə müsahibədə Ukrayna prezidenti Viktor Yanukoviç bildirib.

Onun sözlərinə görə, bu məsələ nəzərdən keçiriləndə nəticəyə gəlinib ki, Ukrayna iqtisadiyyatına ziyan dəyə bilərdi: “İlk növbədə aqrar sektoru və kənd təsərrüfatına ziyan dəyəcəkdi. Eyni zamanda Ukraynanın maşınqayırma və hərbi-sənaye kompleksinə də zərər dəyərdi. Nəzərə alsaq ki, bizim məhsullarımız əsasən MDB ölkələrinə ixrac olunur, AB ilə sazişin imzalanması ilə bizim məhsullarımızı rəqabətə davamlı olmayacaqdı. Sazişin imzalanması bizim üçün fayda gətirməzdi və təhlükəli olardı”.

Ukrayna dövlət başçısı bildirib ki, yerli istehsalçılar və həmkarlar ittifaqları sazişin imzalanması ilə yarana biləcək riskləri ilə bağlı narahatlıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR