“Əbədi sevgi” qala konserti və “Sibir” operası Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində təqdim olunacaq

“Əbədi sevgi” qala konserti və “Sibir” operası Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində təqdim olunacaq
# 11 oktyabr 2013 14:50 (UTC +04:00)

Mərkəzdən APA-ya verilən məlumata görə, konsert proqramına ötən əsrin, xüsusilə 1960-cı illərin romantik hitləri, müxtəlif nəsillərin sevə-sevə dinlədiyi lirik musiqilər daxildir.

Teatrın solistləri əfsanəvi “Bitlz” (The Beatles) qrupunun, Merilin Manro (Marilyn Monroe), Tina Törner (Tina Turner), Demis Russos (Demis Roussos), Adriano Çelentano (Adriano Celentano), Elton Con (Elton John), Selin Dion (Celine Dion), Uitni Hyuston (Whitney Houston) və digər dünya ulduzlarının repertuarından mahnılar ifa edəcəklər. Çoxlarının ilk notlardan tanıdığı “All You Need Is Love”, “I Believe in Love”, “Je suis malade”, “Only You”, “Lady in Red”, “Love Me Tender” də bu mahnılar sırasındadır.

Noyabrın 3-də isə Heydər Əliyev Mərkəzinin səhnəsində italyan bəstəkarı Umberto Cordanonun (Umberto Giordano) rus həyatından bəhs edən “Sibir” operası təqdim ediləcək. Bu səhnə əsəri iki gəncin təmtəraqlı çar Peterburqunda başlayıb ölkənin o biri başında - katorqada faciəvi sonluqla bitən sevgi hekayəsi barəsindədir. Quruluşçu rejissor Dmitri Bertmanın səhnələşdirdiyi opera yeddi ildir ki, teatrın repertuarındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR