Azərbaycan idarə olunan raketlər və «süzən aviabombalar» üzərində işləyir

Azərbaycan idarə olunan raketlər və «süzən aviabombalar» üzərində işləyir
# 18 dekabr 2013 14:05 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirin sözlərinə görə, hazırda bu istiqamətdə elmi-tədqiqat və texniki hesablama işləri aparılır.

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, hazırda Azərbaycan müdafiə sənayesi idarə olunan 81 mm və 122 mm çaplı raketlərin, həmçinin «süzən aviabombaların» yaradılması üzərində çalışır.

Yaxın vaxtlarda idarə olunan aviasiya bombalarının sınaqlarına başlanması gözlənilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR