İranda avtobus qəzası baş verib, 21 nəfər xəsarət alıb

İranda avtobus qəzası baş verib, 21 nəfər xəsarət alıb
# 05 iyun 2014 09:44 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda avtobus qəzası baş verib.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hadisə iyunun 4-də axşam saatlarında İranın Qum vilayətində, Qum-Sələfçiqan yolunda olub.

İki sərnişin avtobusunun toqquşması nəticəsində 21 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Bundan əlavə, ötən gün axşam saatlarında İranın Qum vilayətində, Qum-Nizar yolunda bir minik avtomobilinin yanması nəticəsində bir nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR