Xaçmazda yük maşını 22 yaşlı gənci vurub

Xaçmazda yük maşını 22 yaşlı gənci vurub
# 26 sentyabr 2013 21:06 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Sentyabrın 26-da axşam saatlarında Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini 1992-ci il təvəllüdlü Hacıyev Səhman Həbibulla oğlu “KAMAZ” markalı yük maşını tərəfindən vurulub. O, müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alan gəncə qapalı kəllə-beyin travması, beyin silkələnməsi diaqnozu qoyulub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR