ABŞ dövlət katibinin enerji siyasəti üzrə müşaviri: “ABŞ Cənub dəhlizi layihəsinin həyata keçirilməsinə tam sadiqdir”

ABŞ dövlət katibinin enerji siyasəti üzrə müşaviri: “ABŞ Cənub dəhlizi layihəsinin həyata keçirilməsinə tam sadiqdir”
# 05 iyun 2013 07:38 (UTC +04:00)

ABŞ dövlət katibinin enerji siyasəti üzrə müşaviri Amos Hokstayn bu gün Bakıda işə başlayan “Caspian Oil&Gas-2013” Xəzər Neft-Qaz Konfransında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, enerji resurslarının nəql marşrutlarının diversifikasiyası üçün sözügedən layihənin reallaşdırılması vacibdir: “Gələcəkdə Türkmənistan və Şimali İraq qazının da bu kəmər vasitəsilə nəqli istisna edilmir”.

A.Hokstayn “Şahdəniz” konsorsiumunun yaxın vaxtlarda TAP və ya “Nabucco West” kəmərləri arasında seçim edəcəyini xatırladıb: “ABŞ-ı bu layihələrdən hər hansı birinin seçilməsi təmin edir. Çünki enerji resurslarının nəql marşrutlarının diversifikasiyası bizim əsas hədəflərimizdən biridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR