Xəzərin hüquqi statusuna dair işçi qrupunun növbəti iclası sentyabrın 12-13-də Bakıda keçiriləcək

Xəzərin hüquqi statusuna dair işçi qrupunun növbəti iclası sentyabrın 12-13-də Bakıda keçiriləcək
# 30 avqust 2013 11:46 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

Onun sözlərinə görə, iclasda Xəzərin hüquqi statusunu əks etdirən Konvensiya layihəsi üzərində iş davam etdiriləcək. Nazir müavini bu məsələ ilə bağlı hələ açıq qalan məsələlərin olduğunu deyib.

Növbəti Xəzər sammitinin nə zaman keçiriləcəyinə gəldikdə, Xələf Xələfov dövlət başçılarının növbəti zirvə görüşünün Rusiyada keçiriləcəyini deyib: “Lakin tarix hələ məlum deyil. Rusiya tərəfi hesab edir ki, sammitin keçirilməsi üçün ciddi iş aparmaq, müəyyən razılaşmalar əldə etmək lazımdır, yalnız bundan sonra sammitin tarixini müəyyənləşdirmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR