Zaqatalada 5 tələbə qız zəhərlənib - VİDEO

Zaqatalada 5 tələbə qız zəhərlənib - <span style="color: red;">VİDEO
# 17 yanvar 2014 22:29 (UTC +04:00)

Zaqatala MRX-nın yoluxucu xəstəliklər şöbəsinin müdürü İlham Həsənovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, yanvar ayının 17-i axşam saatlarında Zaqatala şəhərində kirayədə yaşayan, Azərbaycan Müəllimlər İnstitunun Zaqatala filialının 1-ci kursunda təhsil alan 5 tələbəsi-1996-cı il təvəllüdlü Bərdə rayon sakini Dadaşova Sonaxanım Nurlan qızı, 1996-cı il təvəllüdlü Bərdə rayon sakini Əliyeva Failə, 1996-cı il təvəllüdlü Yevlax rayon sakini Baxışova Banuçiçək Sürhəddin qızı, 1995-ci il təvəllüdlü Bərdə rayon sakini Hüseynova Aişə Vüqar qızı və 1995-ci il təvəllüdlü Şəki rayon sakini Rəhimli Rüfanə Rəşid qızı Zaqatala MRX-nın yoluxucu xəstəliklər şöbəsinə daxil olublar.

Araşdırma zamanı məlum olub ki, tələbə qızlarda yanvar ayının 17-i gün ərzində ayrı-ayrı saatlarda ürəkbulanması və qusma əlamətləri olub. Xəstəxananın yolxucu xəstəliklər şöbəsinə daxil olduqdan sonra tələbə qızlara müvafiq ilkin tibbi yardım göstərilib. Qida toksiki infeksiyasından şübhəli bilinərək hər bir qızdan ayrı-ayrılıqda mədəsindən nümunə götürülərək bakterioloji laboratoriyaya göndərilib.

Götürülmüş nümunələr analiz olunduqdan sonra tələbə qızlarda qida zəhərlənməsinin olub olmaması və yaxud digər hər hansı bir yolxucu xəstəliyə tutulmasını söyləmək mümkün olacaq.

Hazırda 5 tələbə qızın vəziyyəti kafi hesab edilir, müalicələri Zaqatala MRX-nın yoluxucu xəstəliklər şöbəsində davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR