Şəkidə mikroavtobus yanıb

Şəkidə mikroavtobus yanıb
# 25 iyun 2014 06:47 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gecə saat 02: 00 radələrində rayonun Aşağı Laysqı kəndində, kənd sakini 1980-ci il təvəllüdlü Samir Çingiz oğlu Məmmədovun yaşadığı evin qarşısında qeydə alınıb. Samir Məmmədova məxsus, “Mercedes” markalı, 10 ML 638 dövlət nömrə nişanlı mikroavtobusda naməlum səbəbdən yanğın başlayıb. Hadisə yerinə DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində mikroavtobus yanaraq yararsız hala düşüb. Faktla bağlı DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR