Prezident İlham Əliyev Ağdaşda Ləki dəmir yolu vağzalının yeni binasının açılışında iştirak edib - FOTO - VİDEO

Prezident İlham Əliyev Ağdaşda Ləki dəmir yolu vağzalının yeni binasının açılışında iştirak edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 01 may 2014 13:21 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı vağzal binasının əvvəlki görüntülərini əks etdirən fotostendə baxıb.

Burada prezidentə Ağdaş-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin sxemi təqdim edilib.

Yeni vağzal binasının tikintisinə 2013-cü ilin yanvarında başlanılıb. Stansiyada yeni platforma tikilib. Ləki stansiyası xarakterinə görə yük stansiyasıdır. Burada qatarların qəbul edilib yola salınması üçün dörd yol, yükləmə-boşaltma əməliyyatları üçün altı yol, dartı yarımstansiyasının yolu, qoruyucu dalan, dartı yolu və eyni zamanda, stansiyaya birləşən təşkilatlara məxsus 2 dalan yolu var.

İl ərzində Ləki dəmir yolu stansiyasında orta hesabla 150 vaqon - 19 min 600 ton yükləmə, 2500 vaqon - 150 min ton boşaltma işləri həyata keçirilir. Stansiyanın vağzal binasında isə 7 mindən çox sərnişinə xidmət göstərilir. Stansiyadan orta hesabla gün ərzində 40 qatar yola salınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR