Suriyada kimyəvi silahların ləğvi qrafiki təsdiqlənib

 Suriyada kimyəvi silahların ləğvi qrafiki təsdiqlənib
# 16 noyabr 2013 09:15 (UTC +04:00)

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, qrafikə əsasən, Suriyanın kimyəvi silah arsenalı 30 iyun 2014-cü ilə qədər tam ləğv olunacaq.

Ancaq Suriyadakı kimyəvi silahların hansı ölkəyə daşınacağı və harada ləğv ediləcəyi hələ də aydın deyil. Nəzərdə tutulur ki, ən təhlükəli kimyəvi silahlar 2013-cü ilin sonlarında Suriyadan çıxarılsın və gələn il marın 31-dək məhv edilsin. Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Təşkilat proqramın maliyyələşdirilməsi üçün xüsusi fond yaradılmasını da təklif edib.

Qeyd edək ki, Suriyada kimyəvi silah istehsalı üçün nəzərdə tutulan avadanlıqlar nəzərdə tutulan müddətdə – noyabrın 1-dək ləğv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR