Malavidə keçirilən prezident seçkilərində Piter Mutarika qalib gəlib

Malavidə keçirilən prezident seçkilərində Piter Mutarika qalib gəlib
# 31 may 2014 01:55 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Mutarika 36% səs toplayaraq ən yaxın rəqibi Lazarus Çakverunu 8% qabaqlayıb.

Hazırkı dövlət başçısı Coys Banda 20% səslə üçüncü yeri tutub. O, seçkilərdə kütləvi saxtalaşdırma və pozuntuların olduğunu bəyan edib.

Qeyd edək ki, Piter Mutarika 2012-ci ildə ürək tutmasından vəfat etmiş prezident Binqa Mutarikanın qardaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR