Pərviz Həşimli Məhkəmə-Hüquq Şurasına şikayət edib

Pərviz Həşimli Məhkəmə-Hüquq Şurasına şikayət edib
# 05 iyun 2014 09:08 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Vəkil Bəhruz Bayramov “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimli ilə görüşüb.


Bu barədə APA-ya açıqlama verən B. Bayramov bildirib ki, P. Həşimlinin saxlanma şəraitindən şikayəti yoxdur: “Pərviz Həşimli Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovdan Məhkəmə-Hüquq Şurasına şikayət edib. Bildirib ki, məhkəmə onun barəsində ədalətsiz hökm çıxarıb. Hazırda apellyasiya məhkəməsinə hazırlaşır”.

Xatırladaq ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Həşimli 8 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR