Xarkovda baş verən atışma faktı ilə bağlı cinayət işi açılıb

Xarkovda baş verən atışma faktı ilə bağlı cinayət işi açılıb
# 15 mart 2014 01:51 (UTC +04:00)

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, şəhər prokuroru “qəsdən adam öldürmə”, “kütləvi iğtişaşların təşkili” və “hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd” maddələri üzrə cinayət işinin açıldığını bildirib.

Onun sözlərinə görə, silahlı insident zamanı iki nəfər ölüb, bir milis əməkdaşı xəsarət alıb.

Prokuror Rımarskı küçəsindəki binada qalan silahlılarla müəyyən razılaşmaların əldə olunduğunu qeyd edərək, yaxın saatlarda müstəntiqlərin hadisə yerinə baxış keçirəcəklərini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR