Droqba “Qalatasaray”da qalacaq

Droqba “Qalatasaray”da qalacaq
# 26 oktyabr 2013 14:27 (UTC +04:00)

Bakı - APA. “Qalatasaray” futbol komandasının ulduz futbolçusu Didye Droqba növbəti mövsüm də böyük ehtimalla bu komandanın uğurları üçün çalışacaq. APA-nın xəbərinə görə, “Qalatasaray” prezidenti Ünal Aysal klubun telekanalına müsahibəsində Fil Dişi Sahilindən olan futbolçuya yeni müqavilə təklif etməyə hazırlaşdıqlarını söyləyib. O bildirib ki, 36 yaşlı ulduz karyerasına davam etmək istəyir.

Didye Droqbanın da cavabı gecikməyib. O qeyd edib ki, Ünal Aysalın açıqlamasını sevinclə qarşılayıb və rəhbərliyin təklifini qəbul etməyə hazırdır.

Qeyd edək ki, bu ilin yanvar ayında “Qalatasaray”a transfer olan D. Droqbanın müqaviləsi 1,5 illik idi və bu mövsümün sonunda bitəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR