Kənd təsərrüfatı naziri Salyanda bir neçə rayonun sakinlərini qəbul edib - APA TV

Kənd təsərrüfatı naziri Salyanda bir neçə rayonun sakinlərini qəbul edib - <span style="color: red;">APA TV
# 05 aprel 2013 16:58 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı – APA. Kənd təsərrüfatı naziri İsmət Abbasov Salyanda bir neçə rayonun sakinlərini qəbul edib. Salyan rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Salyan, Saatlı, Biləsuvar, Sabirabad, Hacıqabul, Neftçala və Cəbrayıl rayonlarından olan 100-dən çox vətəndaş nazirin qəbulunda olub. İ. Abbasov onları narahat edən problemlərlə maraqlanıb.

Nazir bu qəbulların regionların inkişafına hesablanan dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb.

Görüşdə daha çox pambığın qiymətinin artırılması, subsidiyaların birləşdirilərək ildə bir dəfə verilməsi, rayonlarda müasir avadanlıqlarla təmin edilmiş aqrokimya laboratoriyalarının yaradılması, toxumçuluq təsərrüfatlarına gübrələrin 50 faiz güzəştli qiymətə verilməsinin artırılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlər verəcək kredit bankının yaradılması və digər problemlər önə çəkilib.

Görüşdə yerindəcə həlli mümkün olan məsələlər həll edilib və mərkəzi icra orqanlarından asılı olan təkliflər nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR