Həştərxanda Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələrinin hidroqrafiya xidmətləri rəhbərlərinin müşavirəsi keçirilir

Həştərxanda Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələrinin hidroqrafiya xidmətləri rəhbərlərinin müşavirəsi keçirilir
# 05 mart 2013 08:10 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Bu gün Rusiyanın Həştərxan şəhərində Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələrinin hidroqrafiya xidmətləri rəhbərlərinin müşavirəsi işə başlayıb. APA-nın Rusiya hərbi KİV-nə istinadən verdiyi məlumata görə, toplantı martın 7-dək davam edəcək.

Toplantıda hidroqrafiya sahəsində işlərin əlaqələndirilməsi, həmçinin bu sahədə birgə çalışmalar müzakirə olunacaq.

Tədbirdə Azərbaycanı HDQ-nin hidroqrafiya xidmətinin rəisi, I dərəcəli kapitan Qasım Əliyev təmsil edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR