Moskva. Fərid Əkbərov - APA. “ABŞ və NATO hərbi gəmilərinin Qara dənizdəki təlimləri Ukraynadakı münaqişənin nizamlanması üçün ağır nəticələrə gətirib çıxara bilər”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, belə bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə çıxış edib.
"Mən bunu təxribat adlandırardım", - deyə rusiyalı diplomat vurğulayıb.