“Azəryol” klubu polşalı voleybolçunu transfer edib

“Azəryol” klubu polşalı voleybolçunu transfer edib
# 16 iyul 2015 10:17 (UTC +04:00)

Bakı – APA. Azərbaycanı CEV kubokunda təmsil edəcək “Azəryol” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi bu dəfə polşalı Kinqa Kasprjaki rənglərinə bağlayıb.

28 yaşlı təcrübəli hücumçu ilə 1 illik müqavilə bağlanılıb. 188 sm boya malik Kasprjak 2015-ci ili boşa verib. Belə ki, 2014-cü ilin avqustunda Türkiyə “Çanaqkala”sına transfer olunan voleybolçu dekabrda zədələnib və komanda ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb. Onun Türkiyədən vətəninə dönməsində əməliyyat olunması və həkimlərin rəyi (6 ay meydandan kənar qalmaq) həlledici rol oynayıb.

Hücumçu “Azəryol”a gəlincə, “Şetsin” (2004), “Sosnovieç” (2004-2005), “Pyast” (2005-2007), “Qdansk” (2007-2008), “Rumia” (2008-2010), “Mujinianka” (2010-2013, hamısı Polşa) və “Şanxay”ın (2013-2014, Çin) şərəfini qoruyub. Kinqa bu komandaların heyətində daxili arenada Polşa (2011) çempionatının, avrokubokda CEV kubokunun (2013) qalibi adına yiyələnib. O, həmçinin 2012-ci ildə Polşa Superkubokunu qazanıb və 1 il öncə ölkə kubokunun finalında oynayıb.

Qeyd edək ki, “Azəryol” Kasprjakdən öncə Stefani Niemer, Janell Saykes (hər ikisi ABŞ) və Marin Apitzlə (Almaniya) müqavilə bağlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR