Yevlaxda baş verən yol qəzasında sürücü yanaraq ölüb

Yevlaxda baş verən yol qəzasında sürücü yanaraq ölüb
# 20 dekabr 2014 10:13 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 19-da saat 19 radələrində Yevlax rayonunun Əkşəm kəndində Mingəçevir şəhər sakini Zaman Süleymanovun idarə etdiyi "KamAZ-52212" və Şəki rayon sakini Famil İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Sonradan "Mercedes" markalı avtomobildə yanğın baş verib və nəticədə sürücü yanaraq dünyasını dəyişib.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR