Şevçoviç: “Avropaya qaz nəqli baxımından Azərbaycan-Türkmənistan iş birliyi bölgədəki ab-havaya müsbət təsir edəcək”

Şevçoviç: “Avropaya qaz nəqli baxımından Azərbaycan-Türkmənistan iş birliyi bölgədəki ab-havaya müsbət təsir edəcək”
# 01 iyun 2015 11:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Avropa İttifaqı (Aİ) Türkmənistan təbii qazının Xəzər dənizi vasitəsi ilə Avropaya nəql olunmasına tam dəstək verəcək.

"APA-Economics"in məlumatına görə, bunu Avropa Komissiyasının vitse-prezident Maroş Şevçoviç Türkiyənin “Anadolu” agentliyinə bildirib.

"Azərbaycan və Türkmənistan arasında bir sıra yataqlarla bağlı mübahisəli məqamların olması, türkmən qazının Avropaya nəql edilməsində heç bir problem yaratmayacaq. Əksinə, bu layihə bəzi problemlərin həllinə müəyyən qədər kömək edəcək”.

Diplomatın sözlərinə görə, iyul ayında Qazaxıstanın paytaxtı Astana şəhərində dördtərəfli görüş baş tutacaq. “Energetika nazirlərinin iştirakı ilə belə bir görüş may ayının əvvəlində Türkmənistan paytaxtı Aşqabadda keçirilmişdi”, - deyə o xatırladıb.

“Aydındır ki, həm Türkmənistan, həm də Azərbaycan tərəfi bu baxımdan həmfikirdirlər. Avropa qaz nəqli baxımından Azərbaycan-Türkmənistan iş birliyi bölgədəki ab-havaya da müsbət təsir edəcək. Avropa İttifaqı olaraq biz də bu proseslərə tam dəstək veririk”, - M. Şevçoviç qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR