Misir Mərdanov Xocalı soyqırımının 21-ci ildönümünün keçirilməsi barədə əmr imzalayıb

Misir Mərdanov Xocalı soyqırımının 21-ci ildönümünün keçirilməsi barədə əmr imzalayıb
# 20 fevral 2013 09:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Misir Mərdanov Xocalı soyqırımının 21-ci ildönümünün keçirilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrdə qeyd olunur ki, 25 fevral günü ali, orta ixtisas, ümumtəhsil, ilk peşə-ixtisas, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində ilk dərs saatını Xocalı soyqırımına həsr edilsin. Bundan əlavə, ali və orta ixtisas təhsil müəssisələrinin internet səhifələrinə Xocalı soyqırımını əks etdirən məlumatları daxil edilməli, ümumtəhsil, ilk peşə-ixtisas, ali və orta ixtisas təhsili müəssisələrində Xocalı soyqırımına həsr olunmuş rəsm sərgiləri, bədii gecələr keçirməli, tamaşalar hazırlamalı, sənədli və bədii filmlərin nümayişini təşkil etməlidir. Respublika Texniki Yaradıcılıq Mərkəzinin radiorabitə klubunun vasitəsilə dünya ölkələrinin uşaqlarına Xocalı soyqırımının mahiyyətini çatdırmaq, “Azərbaycan müəllimi” qəzetində Xocalı soyqırımına aid məqalələr, xatirələr dərc etdirmək kimi məsələlər də əmrdə qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR