Azərbaycanda dollar cüzi bahalaşıb, avro isə ucuzlaşıb

Azərbaycanda dollar cüzi bahalaşıb, avro isə ucuzlaşıb
# 24 fevral 2015 06:47 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 24-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 1,0501 manat səviyyəsində müəyyən edilib. Xatırladaq ki, fevralın 21-dən 24-dək 1 dollar 1,0500 manat idi.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0044 manat və ya 0,37% ucuzlaşaraq 1,1906 manat olub. Qeyd edək ki, son 3 gün ərzində 1 avro 1,1950 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR