Azərbaycanda baş verən yol qəzasında ata və oğul ölüb

Azərbaycanda baş verən yol qəzasında ata və oğul ölüb
# 15 aprel 2013 06:41 (UTC +04:00)

Ağstafa Rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 449-cu kilometrliyində, Ağstafa rayonu ərazisində baş verib.

Ağstafa şəhər sakini, 1963-cü il təvəllüdlü Cabbar Səfərov idarə etdiyi “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində C. Cəfərov və onun oğlu Elmar Cəfərov hadisə yerində dünyasını dəyişib. Hadisəyə ötmə əməliyyatının düzgün həyata keçirilməməsinin səbəb olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR