Azərbaycanın “Eurovision-2013” təmsilçisi martın 14-də məlum olacaq

Azərbaycanın “Eurovision-2013” təmsilçisi martın 14-də məlum olacaq
# 04 mart 2013 14:40 (UTC +04:00)

Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın "Eurovision 2013" təmsilçisinin kimliyi martın 14-də müəyyənləşəcək.

APA-nın məlumatına görə, təmsilçinin seçilməsi üçün qeyd olunan gün "Buta Palace"da final mərhələsi keçiriləcək. Həmin gün 9 finalçı Azərbaycanı bu mötəbər yarışmada təmsil etmək uğrunda mübarizə aparacaq.

Artıq final konserti üçün bilet satışına başlanılıb. Finalda yarışacaq 8 iştirakçı məlum olsa da, 9-cu iştirakçı bu həftənin sonunda müəyyənləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR