AMEA-nın Mərdəkan dendrarisində beynəlxalq elmi konfrans keçiriləcək

AMEA-nın Mərdəkan dendrarisində beynəlxalq elmi konfrans keçiriləcək
# 04 mart 2013 14:50 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Bu il oktyabrın 1-4-də AMEA-nın Mərdəkan dendrarisində “Botanika bağlarında və dendroparklarda landşaft memarlığı” mövzusunda V beynəlxalq elmi konfrans keçiriləcək. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi haqqında qətnamə ötən konfransda qəbul edilib. Ötən ilin 26-29 iyununda IV ümumrusiya konfransında Mərdəkan dendrarisinin direktoru Tofiq Məmmədov “Bakı şəhərinin müasir landşaft arxitekturası” mövzusunda məruzə ilə çıxış edərək Bakı şəhərinin yaşıllaşdırılması, müasir landşaft memarlığı əsasında yaşıllıqların salınması, floranın zənginləşdirilməsi haqda danışıb. Azərbaycan florasının zənginliyi və müasir dövrdə landşaft memarlığına uyğun yaşıllıqların salınması böyük marağa səbəb olub. Buna görə də növbəti konfransın Azərbaycanda keçirilməsi təklifi irəli sürülüb.

Beynəlxalq tədbirdə 30-a yaxın ölkənin alimlərinin iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR