Rio-2016: Teymur Məmmədov London Olimpiadasının finalçısı ilə qarşılaşacaq

Rio-2016: Teymur Məmmədov London Olimpiadasının finalçısı ilə qarşılaşacaq
# 12 avqust 2016 09:34 (UTC +04:00)

Bakı – APA. Rio Yay Olimpiya Oyunlarında Azərbaycan boksçularının rəqiblərinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 1/8 finalda hollandiyalı Peter Müllenberqi mübarizədən kənarlaşdıran Teymur Məmmədov (81 kq) yarımfinala yüksəlmək üçün qazaxıstanlı Adilbek Niyazimbetovla münasibətinə aydınlıq gətirəcək.

Braziliyada yığmamızın bayraqdarının London-2012-nin gümüş medalçısı, eyni zamanda, dünya çempionatının ikiqat finalçısı ilə döyüşü avqustun 14-də, yerli vaxtla 20:00-da (Bakı vaxtı ilə saat 03:00-da) olacaq.

İlk görüşündə ukraynalı Vladimir Matviyçuku məğlub edən Lorenzo Sotomayor (64 kq) isə 1/8 finalda Hassan Amzillə üz-üzə gələcək. Yalnız ölkə çempionatında uğur qazanan fransalı boksçu ilə qarşılaşma avqustun 14-də yerli vaxtla 19:15-də (Bakı vaxtı ilə saat 02:15-də) başlayacaq.

Qeyd edək ki, Rioya 11 boksçu ilə yollanan Azərbaycan yığmasının 7 üzvü medallar uğrunda çıxışını davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR