Bakıda evdə köməksiz vəziyyətdə qalan 3 nəfər xilas edilib - VİDEO

Bakıda evdə köməksiz vəziyyətdə qalan 3 nəfər xilas edilib - VİDEO
# 25 iyun 2024 09:55 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ə.Orucəliyev küçəsində vətəndaşların evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2-si uşaq olmaqla 3 nəfəri xilas ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR