Jurnalistlər üçün  “Enerji səmərəli binalar – dayanıqlı enerji inkişafının əsası” mövzusunda müsabiqə keçirilir

Jurnalistlər üçün  “Enerji səmərəli binalar – dayanıqlı enerji inkişafının əsası” mövzusunda müsabiqə keçirilir
# 07 mart 2013 09:39 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Mətbuat Şurası Sənaye və Energetika Nazirliyi ilə birgə Avropa Birliyinin “İNOGEYT” proqramının dəstəyi ilə gerçəkləşdirilən “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində binaların enerji səmərəliliyi təşəbbüsü” (BES – ESIB) layihəsi çərçivəsində jurnalistlər üçün “Enerji səmərəli binalar – dayanıqlı enerji inkişafının əsası” mövzusunda müsabiqəyə start verib. Şuradan APA-ya verilən məlumata görə, müsabiqə enerji səmərəlliliyi mövzusunda ən yaxşı məqaləni müəyyənləşdirəcək.

Müsabiqədə dil və həcm məhdudiyyəti nəzərdə tutulmur. Sənəd qəbulu martın 1-dən başlanıb, aprelin 30-dək aparılacaq. Bu müddətdə mətbuatda və ya İnternet resursunda dərc olunan bir məqalələr müsabiqəyə təqdim edilə bilər. Hər jurnalistin yalnız bir məqalə təqdim etməsi nəzərdə tutulur. Reklam materialları qəbul edilmir. Müsabiqə qaliblərinə qiymətli hədiyyələr təqdim olunacaq. Eyni zamanda həvəsləndirici mükafatlar da nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR