Eldar Qasımovun yeni mahnısı ilk dəfə “Böyük səhnə” layihəsinin finalında səsləndiriləcək - FOTO

Eldar Qasımovun yeni mahnısı ilk dəfə “Böyük səhnə” layihəsinin finalında səsləndiriləcək - <span style="color: red;">FOTO
# 14 fevral 2013 15:37 (UTC +04:00)

Bakı-APA. Eldar Qasımovun yeni mahnısı “Böyük səhnə” layihəsinin finalında səsləndiriləcək. APA-nın məlumatına görə, fevralın 16-da saat 21.30-da ATV kanalında yayımlanacaq “Böyük səhnə” layihəsində “Eurovision-2011” müsabiqəsinin qalibi Eldar Qasımovun yeni “HeartBreaker” mahnısının təqdimatı olacaq.

“HeartBreaker” mahnısının müəllifləri - bəstəkar və prodüseri İsa Məlikov, mətni yazan Qreys Ceyms, Eldar Qasımov (Ell), musiqi prodüseri danimarkalı bəstəkar Bo Larsendir.

Xatırladaq ki, şounun super kastinqlərindən 12 iştirakçı keçib, ötən həftə onlardan altı nəfər qalıb. Super finala yalnız üş iştirakçı vəsiqə qazanacaq.

Finalda münsiflər heyətinin üzvləri Tom Rotrok və Qarri Müller, Təranə Muradova, Zəhra Bədəlbəyli, Eldar Mansurov və Murad Dadaşov olacaq. Münsiflər heyətinin yeddinci üzvü isveçli Stefan orndur.

Layihə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırılır. Kreativ və texniki dəstək “Eorpmedia” şirkəti tərəfindən verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR