“Azersun Holdinq” xaricə ixrac olunan yerli məhsulların həcmini artırmaq niyyətindədir

“Azersun Holdinq” xaricə ixrac olunan yerli məhsulların həcmini artırmaq niyyətindədir
# 19 mart 2015 15:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Manatın ABŞ dolları ilə nisbətdə ucuzlaşması zamanı tənzimləmələrin aparılması məqsədilə “Azərsun Holdinq”in Müşahidə Şurası müxtəlif qabaqlayıcı tədbirlər həyata keçirəcək.

APA-Economics”in məlumatına görə, bunu “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan deyib.

Onun sözlərinə görə, milli valyutanın dollara nisbətdə ucuzlaşması ixrac üçün mühüm imkanlar yaradır. Bu fürsətin qiymətləndirilməsi məqsədilə “Azərsun Holdinq” mühüm qərarlar qəbul edib. “Bu addımlar ölkəyə əlavə valyuta cəlb olunmasına, yerli valyutanın ölkədə qalmasına, ölkədə yerli istehsalın artırılmasına və bununla da yerli məhsulların xaricə ixrac olunmasına kömək edəcək”.

S. Uzan deyib ki, istehsalatda istifadə olunan idxal məhsulları maksimum azaldılaraq yerli məhsullarla əvəz ediləcək: “Bu yolla xərclər azaldılacaq, satış həcminin artırılması istiqamətində layihələr həyata keçiriləcək. Xarici bazarlara çıxılması istiqamətində dövlət başçısının yaratdığı imkanlardan faydalanaraq, ixrac potensialının artırılması üçün tədbirlər həyata keçiriləcək”

S. Uzan deyib ki, “Azərsun Holdinq” bununla bağlı Almaniyada yeni ofis yaradılıb və Azərbaycan məhsullarının bu ölkədə tanıdılması ilə bağlı ilk addımlar atılıb.

O qeyd edib ki, bu istiqamətdə ikinci belə addım İqtisadiyyat və Sənaye Nazirliyinin xətti ilə istər xaricdə, istərsə də ölkədə təşkil olunacaq sərgi, biznes-forum və müxtəlif tədbirlərdə “Azərsun Holdinq”in daha da tanıdılması ilə bağlı olacaq. “Azərsun Holdinq bundan sonra bütün sərgidə yaxından iştirak edərək, öz məhsullarının tanıdılması fürsətindən maksimum faydalanacaq”.

S. Uzan deyib ki, “Azərsun Holdinq” Almaniyanın tanınmış “Heinemann” şirkəti ilə anlaşma əldə edilib. Belə ki, bu şirkət 59 ölkənin hava limanlarında “Azərsun Holdinq”in istehsal etdiyi “Azərçay” markalı çaylarının satışını təşkil edəcək: “Artıq bunun üçün razılıq da əldə edilib. “2015-ci ildə şirkət ölkədə yetişdirilən məhsulların qəbulunu artıracaq. Burda məqsəd yerli məhsulların istehsalını və yerli bazarda istehlakını artırmaqdır. Qalan məhsullar isə xaricə ixrac ediləcək və “Azərsun Holdinq” məhsulları xaricdə təmsil olunacaq”.

S. Uzan bildirib ki, “Azərsun Holdinq” 100 min kvadratmetrlik istehsal istixanasının sahəsini 300 kvadratmetrə çatdırmaq niyyətindədir. “Bununla da, şirkət istehsalını artırmaq, həmçinin yerli və xarici bazarı genişləndirmək niyyətindədir. Məqsəd ölkədən çıxan xarici valyutanın qarşısını almaq və ölkəyə xarici valyuta cəlb edilməsini artırmaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR