“Bank BTB” məcmu kapitalını kəskin artırıb

“Bank BTB” məcmu kapitalını kəskin artırıb
# 22 iyul 2014 12:19 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu ilin II rübündə “Bank BTB”nin aktivlərinin həcmi 139,204 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 29,07% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin 6 ayında bankın kredit portfeli 1,36% artaraq 96,790 mln. manat olub. O cümlədən hesabat dövründə istehlak kreditlərinin həcmi 54,429 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin iyul ayının 1-nə olan göstəriciyə nisbətən 8,93% çoxdur. Son 1 ildə avtomobil kreditlərinin həcmi isə 4,8% azalaraq 20,307 mln. manat olub.

Bu ilin 6 ayında ipoteka kreditlərinin həcmi 2,859 mln. manat təşkil edib ki, bu da 2013-cü il iyulun 1-nə nisbətən 65,38% çoxdur.

Bu ilin iyulun 1-nə bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 2,03 dəfə artaraq 2,523 mln. manat olub.

Ötən ilin II rübü ilə müqayisədə bu ilin eyni dövründə bankın depozit portfeli 3,09% azalaraq 48,274 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 41,533 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 0,36% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 2,91 dəfə artaraq 54,553 mln. manata, nizamnamə kapitalı isə 3,3 dəfə artaraq 44,840 mln. manat təşkil edib.

Bu ilin yanvar-iyun aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 17,32% artaraq 10,879 mln. manat, xərcləri isə 19,64% artaraq 8,199 mln. manat təşkil edib.

Hesabat dövründə bankın əldə etdiyi mənfəət 5 mln. 156,48 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 10 filialı, 18 bankomatı, 27 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR