Londonda Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib - FOTOSESSİYA

Londonda Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 25 fevral 2013 11:35 (UTC +04:00)

Bakı-APA. Londonda ASAIF-in təşkilatçılığı, Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərini təmsil edən və müxtəlif şəhərlərdən Birləşmiş Krallığın paytaxtına üz tutan tələbələrin iştirakı ilə Xocalı faciəsinin 21-ci il dönümünə həsr olunan “Xocalıya Ədalət!” aksiyası keçirilib. ASAIF-dən APA-ya verilən məlumata görə, aksiya 3 saat davam edib, ilk olaraq 12:00-da Trafalqar meydanından Böyük Britaniya Parlamentinə səssiz yürüş keçirilib, daha sonra isə aksiya iştirakçıların səsləndirdiyi şüarlarla Böyük Britaniya Parlamenti önündə 2 saat davam edib. Aksiya indiyədək Londonda keçirilən və bu il “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində keçirilən aksiyaların ən böyüyü kimi yadda qalıb.

Aksiyada ilk dəfə olaraq 500-dək təhsil alan və məzun olmuş tələbələr müxtəlif universitetlərdən və şəhərlərdən gələrək iştirak edib. Aksiya iştirakçıları arasında London, Oxford, Cambridge, Manchester, Essex, Exeter, Cardiff, Southampton, Newcastle, Bristol, Edinburgh və bir çox başqa şəhərdən gələn Azərbaycanlı tələbələr də olub.

Aksiyaya Azərbaycanı və Türkiyə vətəndaşları ilə yanaşı, “Xocalıya Ədalət!” tələb edən əcnəbi gənclər də qatılıb. Onların arasında Kipr, Rusiya, Fransa, Amerika, Macarıstan, Rumıniya, Finlandiya, Gürcüstan, Türkmənistan və İraqdan olan gənclər də olub.

“Xocalıya Ədalət!” aksiyası iştirakçıların şüarları səsləndirməsi, bukletlərin yerli və xarici turistlərə paylanması və sonda Azərbaycanın dövlət himninin oxunması ilə 15:00-da başa çatıb. Aksiya iştirakçıları ermənilərin Xocalıda, ümumilikdə Dağlıq Qarabağda törətdikləri qətliamları pisləyən şüarlar səsləndirib, dünya ictimaiyyəti bütün bu hadisələrə biganə qalmamağa çağırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR