Bakıda ticarət mərkəzində avtomobildən xeyli miqdarda pul oğurlanıb

Bakıda ticarət mərkəzində avtomobildən xeyli miqdarda pul oğurlanıb
# 30 aprel 2015 08:44 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda oğurluq hadisəsi baş verib.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binə Ticarət Mərkəzində qeydə alınıb.

Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Ramin Vahid oğlu Hidayətovun “KİA” markalı avtomobilindən 30 min Rusiya rublu və 17 min manat oğurlanıb.

Hazırda polis oğurluq hadisəsini törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR