Parisdə keçirilən Azərbaycan günləri başa çatıb

Parisdə keçirilən Azərbaycan günləri başa çatıb
# 29 sentyabr 2014 14:18 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisin VI rayonunun San-Sülpis meydanında “Azərbaycan şəhərciyi” çərçivəsində keçirilən Azərbaycan günləri sentyabrın 28-də başa çatıb.

APA-nın Heydər Əliyev Fondunun rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 19-dan başlayaraq keçirilən silsilə tədbirlərin sonuncu günü - sentyabrın 28-də incəsənət ustaları qədim musiqi alətlərində klassik və milli musiqilərimizi ifa ediblər.

On gün ərzində Paris sakinlərinə və şəhərin qonaqlarına Azərbaycan tarixindən, mədəniyyətindən, ədəbiyyatından, incəsənətindən, musiqisindən bəhs edən kitablar təqdim olunub. Şəhərciyi ziyarət edənlər Nizami Gəncəvinin həyatı və yaradıcılığı, habelə qədim milli qadın və kişi geyimləri ilə bağlı sərgilərlə, misgərlik məmulatları, zəngin mətbəx nümunələri, ölkəmizdə istehsal olunan şərab nümunələri ilə yaxından tanış olmaq imkanı qazanıblar.

Bu günlər ərzində Azərbaycanın incəsənət ustaları fransız tamaşaçıları qarşısında muğam və xalq mahnıları, milli rəqslər və caz musiqisi ilə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR