İranın müxalifətinin lideri qızları ilə görüşüb

İranın müxalifətinin lideri qızları ilə görüşüb
# 15 mart 2013 08:42 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İki ildən çoxdur ev dustaqlığında saxlanılan İranın müxalifət liderlərindən olan Mirhüseyn Musəvi və xanımı Zəhra Rəhnəvərd qızları ilə görüşüb.

APA-nın “Kaleme” saytına istinadən məlumatına görə, Koukəb və Nərgiz Musəvi ilə görüş 4 aydan sonra baş tutub.

Martın 13-də keçirilən görüşdə İran təhlükəsizlik qüvvələri qızların öz ata-analarına yaxınlaşmasına imkan verməyiblər. M.Musəvi və Z.Rəhnəvərd qızlarının evlərinə hücum edilməsindən, onlara necə davranmalarından, sorğu-suala tutulmalarından və irəli sürülən ittihamlardan narahat olublar.

Qeyd edək ki, M.Musəviyə ev dustaqlığına salınandan bəri yaşlı anası ilə görüşməyə icazə verilmir. Onun atası həbsdə ikən vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR