Beynəlxalq Elektrorabitə İttifaqı dünyada internetin və mobil rabitənin inkişafına dair hesabatını açıqlayıb

Beynəlxalq Elektrorabitə İttifaqı dünyada internetin və mobil rabitənin inkişafına dair hesabatını açıqlayıb
# 28 fevral 2013 14:49 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA-Economics. Azərbaycanın internet istifadəçilərinin 3%-i sürəti 10 Mbit/s-dən çox, 13%-i 2-10 Mbit/s, qalanları isə 256 Kbit/s-dən 2 Mbit/s-ə qədər olan genişzolaqlı rabitə abunəçiləridir. “APA-Economics”in xəbərinə görə, bu barədə Beynəlxalq Elektrorabitə İttifaqının illik hesabatında bildirilir.

Gürcüstanda sürəti 10 Mbit/s-dən çox olan genişzolaqlı rabitə abunəçilərinin sayı internet istifadəçilərinin 32%-ni, sürəti 2-10 Mbit/s olan genişzolaqlı rabitə abunəçilərinin sayı internet istifadəçilərinin 46%-ni təşkil edir.

Genişzolaqlı internetin sürətinə görə inkişaf etmiş ölkələr Cənubi Koreya, yaponiya və Bolqarıstandır - 88-97%.

Son 5 ildə genişzolaqlı rabitə xidmətləri 82% ucuzlaşıb. Bu isə evdən internetə qoşulanların sayını artırıb. MDB ölkələrində 2009-cu ildən bəri evlərə internet çəkilişi 15% artıb. MDB ölkələrində hər 100 nəfərdən 52-si internet istifadəçisidir.

Beynəlxalq Elektrorabitə İttifaqı 2013-cü ilin sonuna internet istifadəçilərinin sayının 2,7 mlrd. nəfərə (dünya əhalisinin 39%-i) çatacağını proqnozlaşdırır. Mobil rabitə abunəçilərinin sayı isə gələn ilin əvvəlində 7 mlrd. nəfərə çatacaq. Mobil rabitə abunəçilərinin yarıdan çoxu Asiyanın payına düşür. MDB ölkələrində bu rəqəm 129 mln. nəfər (46%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR