Bank Of Baku

Emin Mahmudov millidə karyerasını başa vurur

Emin Mahmudov

© APA | Emin Mahmudov

# 06 noyabr 2026 12:35 (UTC +04:00)

Azərbaycan yığma komandasının yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov millidə karyerasını başa vurmaq qərarına gəlib.

Apasport.az xəbər verir ki, təcrübəli futbolçunun federasiya rəhbərliyi ilə apardığı məsləhətləşmələrdən sonra bu qərar qəbul olunub.

Noyabr toplanışı çərçivəsində keçiriləcək Andorra ilə yoldaşlıq görüşü Emin Mahmudov üçün milli komandada sonuncu matç olacaq.

2016-cı ildən etibarən milli komandanın şərəfini qoruyan yarımmüdafiəçi yığmanın heyətində keçirdiyi oyunlarda 16 qola imza atıb. Emin Mahmudov bu göstərici ilə Qurban Qurbanova məxsus rekordu yeniləyərək Azərbaycan millisi tarixinin ən məhsuldar futbolçusu statusunu daşıyır.

Qeyd edək ki, Azərbaycan millisi növbəti toplanış çərçivəsində noyabrın 13-də UEFA Millətlər Liqasında Lixtenşteyn, noyabrın 16-da isə Andorra ilə yoldaşlıq oyununda üz-üzə gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR