Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar

Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar
# 16 mart 2013 07:18 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Cəbrayıl rayonunun işğal olunmuş Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı kəndləri yaxınlığında, Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR