ABŞ Dövlət Departamenti: Viza sistemində yaranmış problemlərin həlli üçün bir neçə həftə lazım olacaq

ABŞ Dövlət Departamenti: Viza sistemində yaranmış problemlərin həlli üçün bir neçə həftə lazım olacaq
# 01 avqust 2014 12:22 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəisinin müavini Mari Harf deyib.

Mütəxəssislərin kompüter sistemindəki nasazlıqların aradan qaldırılması istiqamətində çalışdıqlarını bildirən M.Harf qeyd edib ki, ötən günlər ərzində vətəndaşlardan xeyli sayda müraciət yığılıb və bu üzdən tezliklə problemin aradan qaldırılması mümkün olmayacaq.

Diplomat sistemdəki nasazlıqdan zərər çəkən əcnəbilərin sayını açıqlaya bilməsə də, iyulun 22-dən 28-dək 180 min vizanın verildiyi, halbuki bu müddət ərzində müvafiq göstəricinin 370 min proqnozlaşdırıldığıni vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR